CƏMİYYƏT
Xınalıq kəndində 16 santimetr qar yağıb
30.11.2020 [10:39]
Noyabrın 29-u axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının yüksək dağlıq ərazilərinə qar yağır.Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Qubanın Xınalıq kəndində 16, Qırızda 12, Xaltanda isə 8 santimetr qar yağıb. Xızının Altıağac qəsəbəsində isə qarın hündürlüyü 9 santimetrə çatır. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 5 dərəcəyədək aşağı düşüb. Ən aşağı temperatur Qubanın Qırız kəndində qeydə alınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
28.05.2023 [22:21]
28.05.2023 [22:39]
25.05.2023 [22:19]
25.05.2023 [18:10]
21.04.2023 [09:33]
28.05.2023 [22:57]
28.05.2023 [22:25]