Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmazlı mühəndisin toyuq, qaz və ördək yumurtalarından hazırladığı suvenirlər göz oxşayır

01.12.2020 [16:10]

Xəbərin mətni

Xaçmazlı gənc Fərmayıl Əhmədovun yumurtadan hazırladığı suvenirlər xarici ölkə vətəndaşlarına satılır. Əvvəllər suvenirləri yalnız hədiyyə edən gənc indi bacarığından gəlir qazanmağa başlayıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bir müddət elektrik mühəndisi kimi çalışan Fərmayıl Azərbaycan Texniki Universitetinin məzunudur.