Lənkəranda məskunlaşan Behbudovlar ailəsi: Laçında yenidən həyat quracağıq
01.12.2020 [18:23]
Xəbərin mətni
Bu gün 28 ildir işğalda olan Laçın rayonu erməni qəsbkarlarından azad edildi və Laçında bayrağımız ucaldıldı. Hər birimiz yaxşı bilirik ki, işğalçı Ermənistan ordusunun Laçını tərk etməsinə Ordumuzun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları səbəb olub. Ordumuz 1 dekabr gününü tarixə şanlı hərflərlə yazdı. İndi bütün laçınlılar kimi, Behbudovlar ailəsinin sevinci yerə-göyə sığmır.