MƏDƏNİYYƏT


Alman faşistləri tərəfindən yandırılan tarixi məkan

Poltava Diyarşünaslıq Muzeyi, 1898-1892-ci illərdə Poltava vilayətinin torpaqları üzərində tədqiqat aparan məşhur Peterburq alimi, torpaqşünaslıq professoru Vasili Kriçevskinin təşəbbüsü ilə 1891-ci ildə qurulub. Hazırda bu muzey onun adını daşıyır.
AZƏRTAC xəbər verir ki, muzeyin ilk eksponatları Poltava quberniyası ərazisində toplanan 4000-dən çox torpaq nümunəsi və 500-dən çox eksponatdan ibarət geoloji kolleksiya idi. O dövrlərdə həm məşhur insanlar, həm də Poltava bölgəsinin sadə sakinləri yerli tarix muzeyinin fondlarına eksponatlar bağışlayırdılar. Xüsusilə Poltava sakini, çar ordusunun polkovniki Pavel Bobrovski Yaxın Şərq, Asiya və Afrika ölkələrinə səyahətləri zamanı topladığı eksponatları muzeyə hədiyyə edib.