Xaçmazda evlərdən oğurluq edən şəxs saxlanılıb
05.12.2020 [11:39]
Xəbərin mətni
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində iki evdən və bir oyun zalından iki televizor, iki rəqəmsal oyun avadanlığı, mobil telefon, qızıl-zinət əşyaları və notbuk oğurlamaqda şübhəli bilinən rayon sakini Namiq Əliyevi saxlayıb.