İQTİSADİYYAT


Könüllülər üçün xüsusi təklif

“Azercell Telekom” MMC Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi ilə əlaqədar öz xüsusi töhfəsini hazırlayıb. Azərbaycanın lider mobil operatoru “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşəbbüsü ilə könüllülərin daha sərfəli şərtlərlə danışmasına və böyük həcmdə internetdən istifadəsinə imkan verəcək güzəşt təqdim edir. Qeyd olunan bu xüsusi təklif könüllü fəaliyyət növü ilə məşğul olan insanların gördüyü xeyirxah işin dəstəklənməsi məqsədini daşıyır.