CƏMİYYƏT


Şuşa uğrunda döyüşlərdə yaralanan qazi sağalaraq evinə dönüb

Qırx dörd günlük Vətən müharibəsində İmişlidən olan qazi Bünyamin Məmiyev bu qələbədə payı olduğu üçün çox qürurludur. Şuşaya qədər döyüş yolu keçən Bünyamin noyabrın 8-də yaralanıb. Qələbə xəbərini isə hospitalda eşidəndə, bütün ağrılarını unudub.AZƏRTAC xəbər verir ki, Vətən müharibəsində iştirak edən və Şuşa uğrunda gedən döyüşlərdə yaralanan Bünyamin sağalaraq evinə dönüb. Qazi şəhər girişində alqışlarla qarşılanıb. Doğma yurduna qayıdan qazi öncə Şəhidlər xiyabanına üz tutub, vətən uğrunda canından keçən oğulların məzarını ziyarət edib.