CƏMİYYƏT


Şəhid Turan Məmmədlinin döyüş yoldaşı: Qələbədən sonra ilk işi toy etmək olacaqdı...

Şəhidlərin əziz xatirəsi, onların döyüş meydanında göstərdiyi igidliklər heç zaman unudulmayacaq. Bu xatirələr dildən-dilə gəzib dolaşacaq, Azərbaycanın müasir qəhrəmanlıq salnaməsinə çevriləcək. Adını qəlblərə daimi yazdıran şəhidlərimizdən biri də gizir Turan Məmmədlidir.AZƏRTAC xəbər verir ki, Qarabağımızın hər bir şəhəri, hər bir kəndi şəhidlərimizin qanı, əsgərlərimizin güc və iradəsi hesabına işğaldan azad edildi. Onların hər biri bizim üçün doğmadır, əzizdir.