Quba-Tüləkəran avtomobil yolu nə vaxt bərpa olunacaq?
16.09.2026 [17:59]
Xəbərin mətni
Qubada 6 kəndin sakinləri artıq üç aydır ki, torpaq sürüşməsi nəticəsində sıradan çıxan Quba–Tüləkəran avtomobil yolunun əvəzinə çəkilən müvəqqəti alternativ yoldan istifadə edir. Bəzi hissələri enişli-yoxuşlu və dar ərazidən keçən alternativ yolda xüsusilə yağıntılı havalarda nəqliyyatın hərəkətində çətinliklər yaşanır.