CƏMİYYƏT


Ayağının birini itirən qazi minalı sahədən özünün və yoldaşlarının təxliyə olunmasına yardım edib

Müharibədən dönən qazilərimizin söylədikləri döyüş filmlərini xatırladır. Amma bu söylənənlərin hamısı gerçək həqiqətlərdir. Onların hər birinin bir qəhrəmanlıq dastanı var. Baxmayaraq ki, bəziləri elə müharibədə 19 yaşını qeyd edib. Yaşları az olsa da, 19 illik müharibə görmüş sərkərdələr kimi döyüşüblər. Elə buna görə də onlar canlarından, qanlarından keçərək Qarabağımızı cəmi 44 günə azad ediblər.