CƏMİYYƏT


Sumqayıtda koronavirusla mübarizə tədbirləri davam etdirilir

Sumqayıt şəhərində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə polis əməkdaşları tərəfindən əhali arasında profilaktik tədbirlər davam etdirilir. Demək olar ki, hər gün keçirilən tədbirlər zamanı Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhərin hər bir küçə və prospektində insanlarla izahedici söhbətlər apararaq onları tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin vacibliyi barədə məlumatlandırırlar.
Reydlər zamanı şəhər ərazisində yerləşən obyektlərdə sosial məsafəni gözləməyən şəxslərə xəbərdarlıq edilir. Mağazalara maskasız daxil olan alıcılar və həmin obyektlərin əməkdaşları polislər tərəfindən müəyyən edilərək cərimələnirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır