CƏMİYYƏT


Yaqut Qarayeva: Koronavirusdan sağalanların sayında artım tendensiyası müşahidə olunur

Bu gün dünya üzrə koronavirusa yoluxmaların sayı 549 min 946 olub. Ümumiyyətlə isə dünyada koronavirusa yoluxanların sayı 66 milyonu keçib.
AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva söyləyib.