CƏMİYYƏT


Hikmət Hacıyev: Vətəndaşlarımızı qaydalara riayət etməyə çağırırıq

Azərbaycanda koronavirusun yayılma sürəti narahatlıq doğurur. Yaxınlarımızda bu xəstəliyin doğurduğu faciəvi halların şahidi oluruq. Bu da ölkə ictimaiyyətini ciddi surətdə narahat edir. Vətəndaşlarımızı qaydalara riayət etməyə çağırırıq. Elə insanlar var ki, koronavirus xəstəsi olduqlarını bilə-bilə sərbəst şəkildə küçələrdə gəzir və virusu yayırlar. Həmin insanlar virusu yüngül keçirə bilərlər, lakin onların yoluxdurduğu insanlar xəstəliyi ağır keçirə və hətta həyatını itirə bilərlər.