CƏMİYYƏT


Prezidentin köməkçisi: Azərbaycanda vaksinləşmənin nə zaman başlayacağı barədə yaxın vaxtlarda məlumat veriləcək

Prezidentin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov qeyd edib ki, koronavirus infeksiyasına qarşı vaksinin hazırlanması prosesi izlənilir və müxtəlif danışıqlar aparılır. Vaksinlərin təhlükəsizliyi ilə bağlı qeyd etmək istərdim ki, hər birimizə uşaqlıqdan müxtəlif peyvəndlər vurulub. Tam təhlükəsiz və ənənəvi peyvəndin hazırlanması və hamı üçün əlçatan olması təbii ki, müəyyən vaxt tələb edir. Artıq Böyük Britaniyada vaksinləşmə prosesi başlayıb. Türkiyədə artıq qısa müddətdə vaksinləşmə prosesinə başlayacağını elan edib. Türkiyədə vaksinləşmə Çində istehsal olunan peyvəndlərlə aparılacaq ki, bu da ən təhlükəsiz peyvəndlərdən hesab olunur. Bizim tərəfimizdən də bu istiqamətdə müəyyən işlər aparılır və yəqin ki, qısa müddət ərzində peyvəndlər haqqında, bu prosesin Azərbaycanda nə vaxt başlayacağı, ilk növbədə, kimlərin peyvənd olunacağı barədə əlavə məlumat veriləcək.