CƏMİYYƏT


"Qarabağda məhv edilən Azərbaycan dini abidələri" adlı layihə başa çatıb

Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə baptist icması tərəfindən həyata keçirilən "Qarabağda məhv edilən Azərbaycan dini abidələri" adlı layihə başa çatıb.Fonddan AZƏRTAC-a bildiriblər ki, Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icmasının Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə "Qarabağda məhv edilən Azərbaycan dini abidələri" adlı layihə həyata keçirib. Layihə çərçivəsində Dağlıq Qarabağda ermənilər tərəfindən məhv edilən dini abidələr araşdırılıb, bu barədə rus və ingilis dillərində məqalələr və videoçarxın hazırlanaraq sosial media vasitəsilə ölkə xaricində işıqlandırılıb.