CƏMİYYƏT


Vətən müharibəsinin qəhrəman tankçısı

Şəhidlərimiz baş tacımız, tarix yazan igidlərimizdir. Vətən müharibəsinin qələbəsini öz qanları ilə tarixin səhifəsinə əbədi həkk edənləri xalqımız heç zaman unutmayacaq. Belə igid, cəsur şəhidlərimizdən biri tankçı gizir Elvin Orucovdur.AZƏRTAC xəbər verir ki, 29 yaşlı Elvin on il hərbiçi kimi vətənə xidmət edib. Tankçı Elvin hərbçi yoldaşlarının hörmətini, rəğbətini qazanmışdı. Elə Aprel döyüşlərində də fərqlənmişdi. Tankı ilə düşmənin bağrını dəlib deşmək onun ən böyük arzusu idi. Düşmən tapdağında qalan torpaqların azad edilməsi istəyi ilə alışıb yanırdı.