SİYASƏT


Prezident Rəcəb Tayyib Ərdoğan: Can Azərbaycana dəstəyimiz bundan sonra da davam edəcək

Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Qarabağı işğaldan azad edib. Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə davam edən bu mücadilədə böyük həmrəylik göstərib. Şükürlər olsun ki, bu gün ay ulduzlu bayraq Qarabağ səmasında qürurla dalğalanır. Can Azərbaycana dəstəyimiz bundan sonra da davam edəcək.AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycana səfərə gedən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Esenboğa Hava Limanında keçirdiyi brifinqdə ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır