CƏMİYYƏT


Abşeron polisi koronavirusla mübarizədə gücləndirilmiş nəzarət tədbirlərini davam etdirirlər

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən əhali arasında profilaktik tədbirlər gündəlik davam etdirilir. Belə tədbirlərdən biri də Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Xırdalan şəhərində təşkil olunub. Şəhərin hər bir küçə və prospektində polislər Abşeron rayon sakinləri ilə izahedici profilaktik söhbətlər apararaq onları tənəffüs yollarını qoruyan maskalardan istifadə etməyin vacibliyi barədə məlumatlandırıblar.