SİYASƏT


Madriddə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə Madrid şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə İspaniya ictimaiyyətinin nümayəndələri, yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.