Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Vaşinqtonda da yad olunub

12.12.2020 [11:18]

Xəbərin mətni

Azərbaycanın ABŞ-dakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Hazırkı pandemiya səbəbindən tədbir məhdud çərçivədə, səfirliyin və bəzi diaspor üzvlərinin iştirakı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra səfir Elin Süleymanov Ümummilli Liderin Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsi, həmçinin xalqımızın rifahı üçün göstərdiyi misilsiz xidmətlərindən danışıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI