Möhtəşəm Vətən müharibəsinin dəmir qanadlı qəhrəmanı
14.12.2020 [11:08]
Xəbərin mətni
O, 44 günlük Vətən müharibəsinin dəmir qanadlı qəhrəmanıdır. Sentyabrın 27-də Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatı başlayan gün usta pilot, polkovnik-leytenant Ramiz Qasımov ən sevincli günlərindən birini yaşayırdı. Onun ən ümdə arzusu Şuşada üçrəngli bayrağımızı dalğalandırmaq idi. O, illərdir Ali Baş Komandan İlham Əliyevin hücum əmrini gözləyirdi...