CƏMİYYƏT


Vətən müharibəsində iştirak edən üç qardaş

İmişlidən olan ailənin 3 üzvü Vətən müharibəsində igidlikləri ilə tanınıb. Qardaşlardan biri müddətdən artıq xidmətçi, ikisi isə könüllü olaraq döyüşlərə yollanıb. Bir çox uğurlu əməliyyatda iştirak edən hər üç qardaş düşmənə ağır zərbələr vurublar.
AZƏRTAC xəbər verir ki, Zeynalovlar ailəsinin övladları dəmir yumruq kimi birləşərək 44 günlük zəfər yürüşünün önündə gedənlərdən olublar.