SİYASƏT


Ulu öndər Heydər Əliyevin xatirəsi Ankara Universitetində anılıb

Ümummilli lider Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə əlaqədar Ankara Universitetində anım mərasimi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, mərasim Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin və Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.