CƏMİYYƏT


Dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər zəif duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8°, gündüz 9-11° isti olacaq.
Dekabrın 16-da Azərbaycanın rayonlarının bəzi yerlərində yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, axşam ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır