CƏMİYYƏT


Xocalı sakini: oğlum Vətəni canından çox sevirdi, bu yolda da şəhid oldu

Xalqımız Vətən müharibəsinin qələbəsini öz qanları ilə tarixin səhifəsinə əbədi həkk edənləri heç zaman unutmayacaq. Şanlı qələbənin qazanılması, işğal altında olan torpaqlarımızın azadlığı yolunda qəhrəman zabit və əsgərlərimizin bir qismi şəhid, bir qismi isə qazi oldu. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlardan biri də Xocalı rayonundan məcburi köçkün Əlizamin Ramazanlıdır.