Sabah Bakıda yağış yağacağı gözlənilir
16.12.2020 [14:05]
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir.
Səhər zəif duman olacaq, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 8-10 dərəcə isti olacaq.