Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Turizm Bürosu daxili turizmin təbliği ilə bağlı yeni videoçarx hazırlayıb

16.12.2020 [15:32]

Xəbərin mətni

Azərbaycan Turizm Bürosu tərəfindən COVID-19 pandemiyasından sonra turizmin təşviqi məqsədilə təbliğat videoçarxı hazırlanıb.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, videoçarxın məqsədi daxili turizmi təbliğ etmək, auditoriyaya pandemiyaya qalib gəldikdən sonra sərbəst formada Azərbaycanın bölgələrini gəzmək və ölkəmizi bir daha kəşf etmək mesajını çatdırmaqdır.