CƏMİYYƏT
Sabah Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq
17.12.2020 [13:57]
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dekabrın 18-də Bakı və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, günün ikinci yarısında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında zəif duman olacaq, mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq.