Gürcüstanın “AjaraTv12” kanalında Azərbaycan həqiqətlərindən bəhs edən “Tunelin sonunda işıq” adlı sənədli filmin nümayişinə başlanılıb
18.12.2020 [17:37]
Xəbərin mətni
Azərbaycanın Batumi şəhərindəki Baş konsulluğunun təşkilatçılığı və dəstəyi ilə dekabrın 18-də “AjaraTv12” televiziya kanalında “Tunelin sonunda işıq” adlı sənədli filmin nümayişinə başlanılıb.AZƏRTAC xəbər verir ki, Azərbaycan həqiqətlərindən bəhs edən film həftədə üç dəfə olmaqla 2 həftə ərzində efirə veriləcək.
Filmdə Azərbaycan Ordusunun Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda genişmiqyaslı hərbi əməliyyatlardan bəhs olunur.