SİYASƏT


Naxçıvan Qarnizonu Qoşunlarında təşkil olunan növbəti kurslar başa çatıb

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının 7-ci ildönümündə Naxçıvan Qarnizonu Qoşunlarında təşkil olunan növbəti kursların başa çatması münasibətilə buraxılış mərasimi keçirilib. Kursları uğurla bitirənlər müxtəlif hərbi vəzifələrə təyin olunublar.Mərasimdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra polkovnik Mübariz Rzayev bildirib ki, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi hulluqçu hazırlğı kursları zamanı tədrisdə əsas ordumuzun arsenalına qəbul olunmuş yeni silahların və hərbi texnikaların dərindən öyrənilməsinə, müasir silah növlərinin döyüş şəraitində bacarıqla istifadə edilməsinə yönəldilib.