CƏMİYYƏT
Bakıda hava yağmursuz keçəcək
21.12.2020 [14:20]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5°, gündüz 9-11° isti, Bakıda gecə 2-4°, gündüz 8-10° isti olacaq.