SİYASƏT


“İmzaçı”lar Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali baş Komandan İlham Əliyevin ad günü münasibəti ilə xüsusi video çarx hazırlayıblar

“İMZA” Sosial İnkişafa Dəstək İctimai birliyinin kollektivi, həmçinin Azərbaycanda, eyni zamanda ölkəmizdən kənarda yaşayan “İmzaçı”lar Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali baş Komandan İlham Əliyevin ad günü münasibəti ilə xüsusi video çarx hazırlayıblar. Bu gün sosial şəbəkələrdə paylaşılmış, istifadəçilərin böyük marağına səbəb olmuş təbrik çıxışlarında Müzəffər Ali Baş Komandanımıza doğum günü ilə bağlı təbriklərlə yanaşı bildirilib ki, Qarabağ müharibəsində qazanılmış qələbə şanlı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb, dövlətimizə və xalqımıza bütün dünyada böyük nüfuz qazandırıb, millətimizin öz parlaq gələcəyinə inamını daha da artırıb. “İMZA” Sosial İnkişafa Dəstək İctimai birliyinin hazırladığı həmin video çarxı diqqətinizə təqdim edirik.