CƏMİYYƏT


Sabah ölkə ərazisində hava yağıntılı olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, gecə bəzi yerlərdə sulu qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz tədricən mülayimləşəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 1-3°, gündüz 4-6° isti olacaq.