CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyi Rusiyanın müvafiq qurumunun göndərdiyi humanitar yardımı qəbul edib

Dekabrın 24-də Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) Bərdə rayonu ərazisindəki dəmiryolu stansiyasında Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi tərəfindən göndərilmiş növbəti humanitar yardım karvanını qəbul edib.
FHN-in mətbuat xidmətindən bildiriblər ki, 9 vaqondan ibarət humanitar yardım əsasən tikinti materialları, texniki və məişət avadanlığından ibarətdir.