Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhid Elnur Qafarovun anası: Oğlum müharibəyə vəsiyyətini edib yollanmışdı

25.12.2020 [13:19]

Xəbərin mətni

Vətən müharibəsində şəhid olan Elnur Qafarov 1981-ci ildə Siyəzən şəhərində doğulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Elnur 2013-cü ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi ordu sıralarına qoşulub. Aprel döyüşlərində fəal iştirak edib. Vətən müharibəsi başlayanda yenidən silaha sarılaraq torpaqlarımızın işğaldan azad olunması üçün döyüşlərə qatılıb.