CƏMİYYƏT


Nail Orucov rəşadətli Ordumuzun zəfərlə bitirdiyi Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan igidlərimizdən biridir

O, haqq savaşımızın başlayacağı günü, torpaqlarımızın düşmən işğalından azad olunması üçün veriləcək əmri səbirsizliklə gözləyən ehtiyatda olan zabitlərimizdən biri idi. Onun peşəkarlığı və döyüş hazırlığı Vətən müharibəsində rəşadətli Ordumuza böyük zəfərlər qazandırdı. Söhbət Vətən müharibəsində qəhrəmanlığı ilə tarix yazaraq şəhid olan polkovnik-leytenant Nail Orucovdan gedir. Əməkdaşımız ölümündən sonra "Vətən uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunan cəsur zabitimizin ailəsində olub.