CƏMİYYƏT


Aqrar İnkişaf Könüllüləri Abşeronda şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçiriblər

Aqrar İnkişaf Könüllüləri Təşkilatı (AİKT) qələbə ilə başa çatan Vətən müharibəsində həlak olan şəhidlərimizin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyasını davam etdirir. Aksiya Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı (BHİK) ilə əməkdaşlıq çərçivəsində keçirilir.AZƏRTAC xəbər verir ki, Aqrar İnkişaf Könüllüləri növbəti aksiya çərçivəsində Abşeron rayon ərazisində 200 şəhidin hər birinin xatirəsinə şam ağacı əkiblər.