“Sərhədçi” komandası “Prezident Kuboku”nun sahibi olub
25.12.2020 [18:07]
Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən təşkil olunan Çövkən Milli Atüstü oyunu üzrə “Prezident Kuboku”nun final oyunu keçirilib.
Final oyununda “Sərhədçi” Çövkən Komandası ilə “Polad” Çövkən Komandası qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən görüşdə əsas hissə 1-1 hesablı bərabərliklə bitib. Qaydalara əsasən oyuna 20 dəqiqə vaxt əlavə olunub. Əlavə olunmuş vaxtda da komandalar qarşılıqlı olaraq rəqib qapısına bir dəfə yol tapa bilib. Bununla da, oyunun taleyini penalti zərbələri müəyyən edib. Penaltilərdə önə keçən “Sərhədçi” komandası ümumi hesabda rəqibi üzərində 4-3 hesablı qələbə qazanaraq “Prezident Kuboku”nun sahibi olub.