Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Sabah hava əsasən yağmursuz olacaq

27.12.2020 [15:02]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz şimal küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5°, gündüz 8-10° isti, Bakıda gecə 2-4°, gündüz 8-10° isti olacaq.