MƏDƏNİYYƏT


Şuşa Azərbaycanın tarix və mədəniyyət incisidir

Uzun illər düşmən tapdağı altında olan qədim Şuşa şəhərində Azərbaycana məxsus tarixi muzeylər, abidələr eləcədə mədəniyyət mərkəzləri tamami ilə dağıdılıb. Üzeyir Hacıbəyovun ev muzeyi həmçinin Xan qızı Xurşudbanu Natəvanın Şuşada saldığı bağda yerləşən dahi bəstəkarın heykəlindən əsər əlamət qalmayıb. Bu bir daha Erməni vəhşiliyinin baris nümunəsidir. 30 ilə yaxın erməni barbarlığı Qarabağ torpaqlarında hökm sürüb. Torpaqlarımız yağı düşmən tapdağından azad olunduqdan sonra Şuşa rayon mədəniyyət şöbəsinin müdiri Zahid Abbasov bu torpaqlara ayaq basıb. Orada olan qalan tarixi eksponatları həmçinin qədim Azərbaycan xalçalarını tapıb. Zahid Abbasov bildirib ki, həmin eksponatlar və bizə məxsus əşyalar yenidən Şuşa şəhərində restavrasiya olunaraq öz yerlərinə qoyulacaq. Bununla yanaşı Üzeyir Hacıbəyovun və Xurşudbanu Natəvanın ev muzeyləri yaxın zamanda bərpa olunacaq.