SİYASƏT
Prezident İlham Əliyev: Bu gün artıq dəyişən dünyada güc amili ön plana çıxıb
01.01.2021 [11:55]
Xəbərin mətni
Biz Birinci Qarabağ müharibəsində torpaqlarımızı nə üçün itirdik? Ona görə ki, o vaxtkı Azərbaycan rəhbərliyi öz vəzifə borcunu yerinə yetirə bilmirdi. 1992-ci ildə Şuşanın, Laçının, 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi faktiki olaraq Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaratdı və ondan sonra digər torpaqların işğalı qaçılmaz idi.AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev işğalın səbəblərindən danışarkən söyləyib.