SİYASƏT


Prezident İlham Əliyev: Biz öz siyasətimizlə Ermənistanı zəiflətməli idik və bunu gizlətmirdik

Biz bu illər ərzində böyük, nəhəng layihələri icra etdik. Bu layihələr imkan verdi ki, biz iqtisadi inkişaf baxımından dünyada qabaqcıl yerlərdəyik. İqtisadi inkişafın templərinə görə son 17 il ərzində Azərbaycan dünya miqyasında birinci yerdədir. Eyni zamanda, biz öz siyasətimizlə Ermənistanı zəiflətməli idik və bunu gizlətmirdik.AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin müraciətində səslənib.