Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda hava çiskinli olacaq

02.01.2021 [13:23]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcəyi, gün ərzində bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-5°, gündüz 7-9° isti olacaq.