Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhidimizin hərbçi kimi yetişməsini vəsiyyət etdiyi ikinci oğul övladı dünyaya gəlib

04.01.2021 [18:30]

Xəbərin mətni

Vətən müharibəsinin qəhrəmanlarından biri, Tovuzun Dondarquşçu kənd sakini şəhid Əmrah Əliyevin oğul övladı dünyaya gəlib.
AZƏRTAC xəbər verir ki, 23 yaşlı Əmrah Ülfət oğlu Əliyev Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub. 2021-ci ilin ilk günündə - yanvarın 1-də onun ikinci övladı dünyaya göz açıb. Şəhidimizin ikinci övladı oğlandır. Əmrah 1 yaşlı Adəmdən sonra dünyaya gələn balaca igidin adının Rüfət qoyulmasını və hərbçi kimi yetişməsini vəsiyyət edib.