SİYASƏT


Düşmənin qorxulu yuxusuna çevrilən xüsusi təyinatlılar

Sentyabr ayının 27-də Qarabağ uğrunda döyüşlər başladığı andan etibarən Hərbi Dəniz Qüvvələrinin sualtı hücum xüsusi təyinatlılarıda hərbi əməliyyatlara cəlb olunmuşdu. Vətən torpaqlarını yağı düşmən tapdağından azad etmək üçün HDQ-nin xüsusi təyinatlı dəstəsi peşəkarcasına əks hücum əməliyyatlarını həyata keçiriblər. Düşmənin qorxulu yuxusuna çervrilən xüsusi təyinatlılardan biridə Ruslan Abayevdir. O, Füzuli, Cəbrayıl,Qubadlı, Zəngilanın və Xocavəndin işqaldan azad edilməsində iştirak edib. Ağır döyüş yolu keçən qəhramanımızın son döyüş yeri olan Xocavənd rayonu oldu. Ruslan Abayev Xocavən rayonunun girişinə 5 kilometr qalmış çiyinindən və kürəyindən yaralanıb. Döyüş yoldaşları onu döyüş meydanından dərhal təxliyə edib ona ilkin tibbi yardım göstəriblər, daha sonra hərbçimiz hərbi hospitala aparılıb. Orada onun müalicəsi davam etdirilib. 44 günlük Vətən müharibəsindən sonra Ruslan Abayev Füzulini, Cəbrayılın, Qubadlının və Xocavəndin azad olunması medalı ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır