CƏMİYYƏT


Əsirlikdə olan hərbçi: Erməni həkimlərin bizə verdiyi işgəncələri heç vaxt unutmayacağam

Bizi düşmən əsirliyindən azad etdiyi və Vətənə qaytardığı üçün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımı bildirirəm. Döyüşlərə könüllü olaraq qatılmışdım. Ermənilər tərəfindən əsir götürüldükdən sonra bizə amansız işgəncələr verirdilər. Amma ən dəhşətlisi həkimlərin verdiyi işgəncələr idi. Erməni həkimlərin bizə etdiyi hərəkətləri heç vaxt unutmayacağam. Həkimlər qolumu yandıraraq mənə işgəncə verirdilər.
AZƏRTAC xəbər verir ki, bunu erməni əsirliyində olmuş hərbi qulluqçumuz Anar Əliyev yanvarın 5-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında bildirib.