DÜNYA


Uxandakı nadir COVID-19 muzeyi

Çinin Hubey vilayətinin paytaxtı Uxanda COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunan xüsusi muzey fəaliyyət göstərir.
Muzeydə Çinin, xüsusən də virusun ölkədə ilk ortaya çıxdığı və ən çox yayıldığı Uxan şəhərinin COVID-19 böhranı ilə mübarizəsinin necə təşkil olunmasını və bu mübarizədə qazandığı uğurları əks etdirən müxtəlif eksponatlar, o cümlədən 1100 fotoşəkil, 1000-dən çox əşya, 45 video, 18 interaktiv bölmə, habelə virtual reallıq texnologiyasına əsaslanan eksponatlar nümayiş olunur.