Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ Konqresinin binası qarşısında etiraz aksiyası zamanı 4 nəfər həlak olub

07.01.2021 [11:47]

Xəbərin mətni

Vaşinqtonun hakimiyyət orqanları ABŞ Konqresinin binası qarşısında etiraz aksiyası zamanı, ümumilikdə, 4 nəfərin öldüyünü təsdiqləyiblər.
AZƏRTAC ABŞ telekanallarına istinadla xəbər verir ki, bu barədə paytaxt polisinin başçısı Robert Konti mətbuat konfransında bildirib.