İQTİSADİYYAT


Bərdə-Ağdam dəmir yolu xətti yenidən qurulur

Otuz ilə yaxın işğal altında qalan ərazilərimizin Azərbaycan Ordusu tərəfindən azad edilməsi ilə bir sıra infrastruktur layihələrinin də icrasına başlanılıb. Belə layihələrdən biri Bərdə-Ağdam dəmir yolu xəttinin yenidən qurulmasıdır. Prezident İlham Əliyev 2020-ci il noyabrın 24-də “Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.