DÜNYA


Xuanxe çayının 800 kilometrə yaxın hissəsi donub

Çinin şimal hissəsində bir neçə gündür müşahidə olan şaxtalı hava şəraiti Xuanxe çayının 787 kilometrlik hissəsinin donmasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, Çinin Su Ehtiyatları Nazirliyinin məsələyə dair yaydığı məlumatda çayın əsasən Ninsia Huy və Daxili Monqolustan muxtar bölgələrindən keçən hissəsinin donduğu bildirilir. Bundan başqa, çayın Şandun vilayətindəki 4,6 kilometrlik hissəsi də donub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır